Xəbərlər
Seminarda beyin ölümü və tibbi qərarların hüquqi asasları müzakirə edilib.
İyunun 12-də TƏBİB-in Təlim və Tədqiqatlar Departamentinin təşkilatçılığı ilə "Klinik standartların praktikada tətbiqi" mövzusunda seminar keçirilib. Tədbirdə reanimatoloq, pediatr, terapevt və təcili tibbi yardım həkimləri iştirak ediblər. Seminarda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) əməkdaşı, həkim-reanimatoloq Günay Abbasova beyin ölümü protokoluna dair məruzə ilə çıxış edib. O bildirib ki, beyin ölümü protokolu 2023-cü ildə hazırlanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənib və isim.az saytında rəsmi protokollar sırasına daxil edilib.
Dr. Günay Abbasova reanimasiya tədbirlərinin hansı hallarda dayandırıla biləcəyi barədə məlumat verib: "Reanimasiya tədbirləri yalnız beyin ölümünün müəyyən edildiyi hallarda dayandırıla bilər." O, Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli, 5 saylı qərarının 2.5-ci maddəsinə asasan beyin ölümünün insanın ölüm anı və ya bioloji ölüm olmasını iştirakçıların diqqətinə çatdırıb: "Ürək fəaliyyəti və süni ventilyasiya davam etsə belə, beyin funksiyalarının tam və geridönməz dayanması bioloji ölüm kimi qəbul olunur. Belə hallarda reanimasiya tədbirlərinin davam etdirilməsi tibbi və etik baxımdan əsaslandırılmır."
Məruzədə ölüm anlayışının tibbi, hüquqi və etik aspektləri də izah olunub. Dr. Abbasova, həmçinin, beyin zədələnmələrinin səbəbləri və beyin ölümünə gətirib çıxaran mexanizmlər baradə ətraflı
məlumat verib. Çıxışının sonunda beyin ölümünün tibbi və praktiki baxımdan düzgün qiymətləndirilməsinin yüksək məsuliyyət tələb etdiyini vurğulayıb. Bu qərarların qəbulunda həm klinik yanaşmanın, həm də etik dəyərlərin nəzərə alınmasının vacibliyini xüsusi qeyd edib.
Seminar iştirakçıların fəal müzakirələri ilə davam edib. Tədbirdə praktikada klinik qararların qəbulunda standartlara əməl olunmasının əhəmiyyeti bir daha önə çəkilib.

Dünyada Orqan Transplantasiyası üzrə Assosiasiyalar
Orqan Təchizatı və Transplantasiyası Şəbəkəsi (OPTN) ABŞ donorluğu və transplantasiyası sistemində iştirak edən bütün mütəxəssisləri birləşdirən unikal dövlət-özəl tərəfdaşlıqdır. Avropa orqan Transplantasiyası təşkilatı (ESOT) Avropadakı orqan transplantasiyası cəmiyyətini birləşdirən bir təşkilatdır.Asiya Transplant (ATCO) Asiya ölkələrində orqan bağışının və transplantasiyanın yayılmasını,ən yaxşı tətbiqlərin təşviqi, etik standartların təyin edilməsi və tədqiqatın təşviqi kimi məqsədlərlə fəaliyyət göstərən bir təşkilatdır.